...

Azərbaycan İrana elektrik enerjisi satışını 4%-ə yaxın artırıb

Energetika Materials 17 İyun 2025 14:41 (UTC +04:00)
Azərbaycan İrana elektrik enerjisi satışını 4%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İrana 11,4 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 324 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 414 min kVt/saat və ya 3,8%, dəyər ifadəsi ilə 11,76 min ABŞ dolları, yaxud 3,8% artıb.

Eyni zamanda 2025-ci ilin ilk 4 ayı ərzində İrandan Azərbaycana 303 min ABŞ dolları dəyərində, 10,7 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,76 min ABŞ dolları və ya 1,9%, həcm ifadəsində isə 203 min kVt/saat və ya 1,9% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə 525,058 milyon kVt/saat həcmində, 29,074 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti