Bakı. Trend:
2025-ci ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 34104,0 milyon manat və ya hər nəfərə orta hesabla 3332,9 manat olub.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.
Məlumata görə, əhalinin sərəncamında qalan gəlirləri 29687,3 milyon manat təşkil edib.