...

Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Cəmiyyət Materials 17 İyun 2025 15:58 (UTC +04:00)
Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə rəhbərləri və tibb işçiləri əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Trend xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tibb işçilərinin zəhmətinə daim yüksək dəyər verib. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi və kadr potensialının artırılması hazırda dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa edilərək müasir avadanlıqlarla təmin edilir.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası, Publik Hüquqi şəxsin direktoru Səyyaf Tağıyev rayonda tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Digər çıxış edənlərdə tibb işçilərini təbrik edib, əhalinin sağlamlığının qorunması istiqamətində səmərəli fəaliyyətlərində uğurlar arzulayıblar.
Tibb işçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup qabaqcıl tibb işçisinə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti