...

Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib

Gündəm Materials 17 İyun 2025 13:02 (UTC +04:00)
Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşlardan gələn çoxsaylı şikayətlər əsasında Novxanı qəsəbəsində yerləşən bir neçə ictimai iaşə obyektində yaranan məişət səs-küyünə qarşı profilaktik tədbir keçirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə bir neçə obyektin gecə yarısından sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib.

Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər.

Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti