Bakı. Trend:
İranla davam edən eskalasiya fonunda heç bir yanacaq qıtlığı yaşanmır və bundan sonra da gözlənilmir.
Trend “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin Energetika Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, belə bir ekskalasiyaya qabaqcadan hazırlıqlar görülüb və yanacaq ehtiyatları olduğundan qıtlıq qorxusu yoxdur.
Nazirlik qeyd edir ki, bu həftənin əvvəlində İrandan atılmış ballistik raket nəticəsində üç nəfərin həlak olduğu Hayfadakı Bazan neft emalı zavodunun bağlanmasına baxmayaraq, belə bir təhlükə mövcud deyil
Nazirlik əlavə edir ki, mövcud vəziyyət mütəmadi olaraq qiymətləndirilir və hazırda şirkətlərin yanacaq tədarükündə hər hansı bir problem gözlənilmir.