...

Qusarda son bir neçə gündə 33 sürücü saxlanılıb (VİDEO)

Cəmiyyət Materials 17 İyun 2025 18:00 (UTC +04:00)
Qusarda son bir neçə gündə 33 sürücü saxlanılıb (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qusar rayonunda istirahət mövsümü ilə əlaqədar olaraq yol polisi tərəfindən sürücülər arasında maarifləndirmə işləri davam etdirilir.

Trend xəbər verir ki, son bir neçə gün ərzində baş tutan tədbirlər zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 17, dövlət qeydiyyat nişanı olmadan idarə edən 4, sürücülük hüququ olmadan idarə edən 8, kobud qayda pozuntularına yol verən 4 motosiklet sürücüsü saxlanılıb.

Həmin sürücülər barəsində inzibati protokol tərtib edilib.

Qeyd edilən istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti