Bakı. Trend:
İranın “Mossad”ın baş qərargahına endirdiyi zərbə nəticəsində İsrailin çox sayda zabiti və hərbi qulluqçusu həlak olub.
Trend xəbər verir ki, bu haqda İranın “Tasnim” agentliyi məlumat yayıb.
Bundan əvvəl İranın hökumətyönümlü mediasında İrana aid ballistik raketlərdən birinin “Mossad”ın Təl-Əviv yaxınlığındakı baş qərargahına tuş gəldiyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.