...

Azərbaycanda 5 ayda 500 milyon manata yaxın metallurgiya sənayesi məhsulları istehsal olunub

İqtisadiyyat Materials 17 İyun 2025 15:39 (UTC +04:00)
Azərbaycanda 5 ayda 500 milyon manata yaxın metallurgiya sənayesi məhsulları istehsal olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-may aylarında 495,6 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, hazır metal məmulatlarının istehsalı sahəsində 9,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12,9 faiz azalma müşahidə olunub.

2025-сi ilin yanvar-may aylarında metallurgiya sənayesi üzrə armatur istehsalı 15,8 faiz, polad tökmə istehsalı 21,3 faiz, mis məftil istehsalı 82,8 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 42,9 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti