Bakı. Trend:
İtaliyada yeni tədris ilindən etibarən orta sinif şagirdlərinə dərs zamanı və ümumiyyətlə məktəbdə olduqları müddətdə mobil telefondan istifadə qadağan ediləcək.
Trend-in məlumatına görə, bu barədə ölkənin təhsil naziri Cüzeppe Valditara müvafiq qərar imzalayıb.
Qərara əsasən, yalnız xüsusi hallarda — əlilliyi və ya öyrənmə çətinlikləri olan şagirdlərə mobil telefondan istifadəyə icazə veriləcək.
Qeyd edək ki, daha əvvəl bu qadağa yalnız ibtidai sinif şagirdlərinə aid idi. Yeni qaydalar texnologiyanın şagirdlərin diqqətini yayındırmasının və tədris prosesinə mənfi təsirinin qarşısını almağa yönəlib.