...

Donald və Erik Tramp "T1 Mobile" mobil rabitə xidməti və qızıl telefon təqdim ediblər

Dünya xəbərləri Materials 17 İyun 2025 04:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın oğulları — kiçik Donald Tramp və Erik Tramp “Trump Mobile” komandası ilə birgə “T1 Mobile” adlı yeni mobil rabitə xidmətini və qızıl smartfon modelini təqdim ediblər.

Trend xəbər verir ki, bu barədə məlumat “The Trump Organization”un rəsmi press-relizində yer alıb.

“T1 Mobile” xidmətində “The 47 Plan” adlı flaqman tarif ayda 47.45 dollar (təxminən 80 manat) qarşılığında müştərilərə təqdim olunacaq.

Xidmət limitsiz zənglər, 5G şəbəkə dəstəyi, pulsuz beynəlxalq zənglər, dərmanların çatdırılması, virtual tibbi xidmətlər və “Drive America” vasitəsilə yolda yardım kimi üstünlükləri ehtiva edir.

Mobil rabitə xidməti istifadəyə verildikdən sonra Tramp qardaşları qızıl rəngli “T1” telefon modelini təqdim edib. Smartfon avqust ayında geniş ictimaiyyətə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti