...

İsrail İran-ABŞ razılaşmasını pozmaq istəyir - Əraqçi

Dünya xəbərləri Materials 17 İyun 2025 03:47 (UTC +04:00)
İsrail İran-ABŞ razılaşmasını pozmaq istəyir - Əraqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana hücumunun məqsədi Tehran və Vaşinqton arasında danışıqlarda əldə olunmuş irəliləyişi pozmaqdır.

Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə X hesabında paylaşım edib.

“İsrailin baş naziri Benyamin Netanyahu — beynəlxalq axtarışda olan hərbi cinayətkardır. O, həmçinin ABŞ prezidentlərini onilliklərdir öz müharibələrinə cəlb edən bir fırıldaqçıdır”, – deyə Əraqçi bildirib.

Nazirin sözlərinə görə, “Netanyahunun İrana qarşı həyata keçirdiyi cinayətkar hücumun” arxasında əsas məqsəd İranla ABŞ arasında mümkün razılaşmanın qarşısını almaqdır: “Bu razılaşmaya tərəflər düzgün və sabit yolla yaxınlaşırdılar”.

“Netanyahu daha bir ABŞ prezidentini və getdikcə daha çox amerikalı vergi ödəyicisini aldatmağa davam edir”, – deyə Abbas Əraqçi vurğulayıb.

İranın baş diplomatı əlavə edib ki, İran Silahlı Qüvvələri dünyaya aydın şəkildə mesaj verir: “Təl-Əvivdə sığınacaqlarda gizlənən hərbi cinayətkarlar cəzasız qalmayacaqlar”.

“Biz bu qorxaqlara qarşı zərbələrimizi davam etdirəcəyik – nə qədər ki, onların xalqımıza atəş açmağa bir daha cəsarət etməyəcəklərinə əmin olacağıq”, – deyə Əraqçi bəyan edib.

Xəbər lenti

Xəbər lenti