Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ətrafında artan gərginlik fonunda Tehran sakinlərini paytaxtı təcili tərk etməyə çağırıb.
Trend-in məlumatına görə, Tramp bu barədə bazar ertəsi “Truth Social” platformasında paylaşım edib.
“O zaman İran onlara imzalamalarını söylədiyim 'sazişi' qəbul etməli idi. Bu, böyük bir biabırçılıq və insan itkisi ilə nəticələndi. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm. Hamı Tehranı dərhal boşaltmalıdır”, – deyə Tramp qeyd edib.