Bakı. Trend:
Uelsli sabiq futbolçu Qaret Beyl İngiltərənin “Plimut” klubunun səhmlərinə sahib olmaq imkanı qazanıb.
Trend-in məlumatına görə, Beyl bu hüquqa ABŞ sərmayə şirkəti ilə birgə yiyələnə bilər. Amerikalı investorlar onun müəyyən paya sahib olaraq klubun simasına çevrilməsini istəyirlər.
Sövdələşmənin yaxın günlərdə baş tutacağı gözlənilir. Beyl bu halda xorvatiyalı Luka Modriçin “Suonsi”dəki həmsahibliyinə bənzər bir rol əldə edə bilər.
Qeyd edək ki, ötən mövsümün sonunda “Plimut” Çempionşipi tərk edib və qarşıdakı mövsümdə İngiltərə 1-ci Liqasında mübarizə aparacaq.