...

Rusiyalı döyüşçü Rizvan Kuniyev Bakıda keçirləcək UFC turnirində qələbəyə köklənib

İdman Materials 18 İyun 2025 12:13 (UTC +04:00)
Rusiyalı döyüşçü Rizvan Kuniyev Bakıda keçirləcək UFC turnirində qələbəyə köklənib
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Mənim güclü rəqibim var və şadam ki, bu döyüşdə ustalığımı göstərmək fürsəti düşüb.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında “UFC Fight Night Baku” iştirakçısı, rusiyalı MMA döyüşçüsü Rizvan Kuniyev deyib.

O bildirib ki, bundan sonra müntəzəm döyüşlərdə iştirak etməyə hazırdır:

“Mən hər ay olsa belə, ən güclü döyüşçlərlə döyüşməyə hazıram. Rusiyada çoxlu adlı-sanlı idmançılar var və mən üzərimdə böyük məsuliyyət hiss edirəm. Mənim də öz iddialarım var və qələbə qazanmağa çalışacağam”,

Rizvan Kuniyev həmçinin əlavə edib ki, Bakıdakı döyüşünə baxmağa və ona dəstək olmağa Dağıstandan olan dostları və qohumları da Azərbaycanın paytaxtına gələcək.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-ı əsas kartda, 6-ı isə ilkin kartda, olmaqla ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntree arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə Azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa) Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya) Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya) Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya) Ağır çəki: Körtes Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya) Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan) Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xalil Rauntree Jr. (14-6-0, ABŞ)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti