Bakı. Trend:
Bakıda hər şey ən yüksək səviyyədə təşkil olunub. Bir çox ölkələrdə olmuşam, amma ən yaxşı fanatlar burdadır.
TrendTrend Life xəbər verir ki, bunu keçirilən mətbuat konfransında UFC Fight Night Baku turnirinin əsas kartının iştirakçısı Xəlil Rauntri Cunior deyib.
“Bakının iqliminə uyğunlaşmağım və necə lazım hazırlaşmağım üçün Bakıya turnirdən iki həftə qabaq gəlmişəm. Bizim üçün əla şərait yaradılıb, məşq üçün ən yaxşı zal ayrılıb. Mən artıq suvenir olaraq “Qarabağ”ın futbolkasını və kürk papaq da ala bilmişəm. Burada möhtəşəm insanlar yaşayır, şəhər çox gözəldir, milli mətbəx əsrarəngizdir, buranın çayı isə sadəcə fantastikadır”, - döyüşçü öz təəsüratlarını bölüşüb.
Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-ı əsas kartda, 6-ı isə ilkin kartda, olmaqla ümumilikdə 12 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntree arasında baş tutacaq.
Ən vacib ikinci döyüş isə yüngül çəkidə Azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.
Həmçinin oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.
İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.
Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa) Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya) Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya) Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)
Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:
Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya) Ağır çəki: Körtes Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya) Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan) Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xalil Rauntree Jr. (14-6-0, ABŞ)