...

Azərbaycana beş ayda 767 ədəd elektromobil gətirilib

İqtisadiyyat Materials 18 İyun 2025 18:53 (UTC +04:00)
Azərbaycana beş ayda 767 ədəd elektromobil gətirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycana xaricdən 767 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 25,762 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 483 ədəd və ya 38,6%, dəyər ifadəsi ilə isə 27,739 milyon ABŞ dolları və ya 51,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 42 786 ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 789,751 milyon ABŞ dolları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti