Bakı. Trend:
Mən Qırğızıstanın UFC-dəki ilk döyüşçüsüyəm və bu mənim üçün böyük şərəf olmaqdan savayı, həm də üzərimə düşən nəhəng məsuliyyətdir.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında “UFC Fight Night Baku”nun qırğızıstanlı iştirakçısı Mıktıbek Orolbay bildirib.
“18 yaşından bunun arzusunda olmuşam, indi isə 27 yaşındayam – mənim arzum gerçəkliyə çevrilib. Bakıdakı qarşılaşmaya iki ay hazırlaşmışıq və azarkeşləri möhtəşəm bir döyüş gözləyir. Mənim rəqibin Tofiq – güclü döyüşçüdür və hər ikimiz sərt döyüş üslubuna üstünlük veririk. Mən həm ayaqüstü döyüşə, həm də parterdə güləşə hazıram, istəyir yumruq döyüşü olsun istər sə də tay boksu. Bizdən sürpriz gözləyin, bu möhtəşəm döyüş olacaq”, -deyə o vurğulayıb.
Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-ı əsas kartda, 6-ı isə ilkin kartda, olmaqla ümumilikdə 12 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntree arasında baş tutacaq.
Ən vacib ikinci döyüş isə yüngül çəkidə Azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.
Həmçinin oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.
İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.
Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa) Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya) Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya) Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)
Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:
Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya) Ağır çəki: Körtes Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya) Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan) Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xalil Rauntree Jr. (14-6-0, ABŞ)