...

Abşeron və Səbail rayonlarında oğurluq edən və avtomobil qaçıran 2 nəfər saxlanılıb

Cəmiyyət Materials 18 İyun 2025 11:52 (UTC +04:00)
Abşeron və Səbail rayonlarında oğurluq edən və avtomobil qaçıran 2 nəfər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 16-da gecə saatlarında Səbail rayonu ərazisində yerləşən 2 evdən mobil telefon, 400 manat dəyərində qızıl-zinət əşyaları və 50 manat pul vəsaiti oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Bağırov müəyyən olunaraq saxlanılıb.

Abşeron rayonu ərazisində isə bir nəfərə məxsus “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən 25 yaşlı A.İbrahimov da avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti