...

Qaradağda əməliyyat: polis 18 kq narkotik vasitə aşkarlayıb (VİDEO)

Hadisə Materials 18 İyun 2025 17:36 (UTC +04:00)
Qaradağda əməliyyat: polis 18 kq narkotik vasitə aşkarlayıb (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü - 39 yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıblar.

Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti