...

Maliyyə Nazirliyində İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Materials 18 İyun 2025 18:28 (UTC +04:00)
Maliyyə Nazirliyində İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin nümayəndələri ilə görüş keçirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Əlaqələndirmə Ofisinin nümayəndələri ilə görüş keçirilib.

Trend xəbər verir ki, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə COMCEC-in təqdim etdiyi “İƏT-ə üzv ölkələrdə iqlim dəyişiklikləri və təbii fəlakətlərin mənfi təsirləri ilə mübarizə üçün davamlı və ətraf mühit üçün dost islam maliyyə alətlərinin təşviqi” mövzusunda araşdırma layihəsi müzakirə edilib.

Həmçinin, qeyd olunan mövzu ilə bağlı cari siyasət, təcrübələr və gələcək imkanlar barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, COMCEC tərəfindən sözügedən layihə ilə bağlı Azərbaycan ilə yanaşı İndoneziya, Nigeriya, Qətər və İngiltərənin təcrübəsi araşdırılır.

Xəbər lenti

Xəbər lenti