...

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atıldı

İdman Materials 18 İyun 2025 19:39 (UTC +04:00)
Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının 2025/2026 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Trend xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə birinci mərhələnin qalibləri və turnirə birbaşa bu mərhələdən qoşulan komandalar arasında cütlüklər müəyyənləşib.

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan təmsilçisi “Sabah” Sloveniya klubu “Sele” üzərində qələbə qazanacağı təqdirdə 2-ci turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cütlükləri:

"Luqano" (İsveçrə) – "Pakş" (Macarıstan) / ÇFR (Rumıniya)

"Sabah" (Azərbaycan) / "Sele" (Sloveniya) – AEK (Kipr) / "Partizan" (Serbiya)

"Levski" (Bolqarıstan) / "Hapoel" (Beer-Şeva, İsrail) – "Braqa" (Portuqaliya)

"Banik" (Çexiya) – "Legiya" (Polşa) / "Aktobe" (Qazaxıstan)

"Anderlext" (Belçika) – "Spartak" (Trnava, Slovakiya) / "Hakken" (İsveç)

"Şerif" (Moldova) / "Priştina" (Kosovo) – "Utrext" (Niderland)

"Midtülland" (Danimarka) – "Haybernian" (Şotlandiya)

"Beşiktaş" (Türkiyə) – "Şaxtyor" (Donetsk, Ukrayna) / "İlves" (Finlandiya)

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları 24 iyulda, cavab görüşləri isə 31 iyulda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti