...

Türkiyədə zəncirvari yol qəzası baş verib

Dünya xəbərləri Materials 18 İyun 2025 23:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Qaziantep şəhərində baş verən zəncirvari yol qəzasında minik avtomobili ilə fabrik işçilərini daşıyan iki mikroavtobus toqquşub. Nəticədə 10 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə yerinə təcili yardım, polis və xilasedici briqadalar cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, qəza minik avtomobilinin mikroavtobusların hərəkət xəttinə çıxması səbəbindən baş verib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti