...

“Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib - Avropa Liqası

İdman Materials 18 İyun 2025 15:13 (UTC +04:00)
“Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib - Avropa Liqası
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Trend xəbər verir ki, püşkatma mərasimində Azərbaycan təmsilçisi "Sabah"ın da potensial rəqibi müəyyənləşib.

Bakı klubu Sloveniyanın "Tselye" komandasını mübarizədən kənarlaşdırsa, II raundda AEK (Larnaka, Kipr)- "Partizan" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, “Sabah” “Tselye" ilə ilk matçına iyulun 10-da evdə, cavab qarşılaşmasına bir həftə sonra səfərdə çıxacaq. II raundun görüşləri isə iyulun 24-ü və 31-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti