...

Azərbaycan və Serbiya ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb

Cəmiyyət Materials 18 İyun 2025 12:16 (UTC +04:00)
Azərbaycan və Serbiya ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Serbiya Respublikasının Vətəndaşlarının Müdafiəçisi Zoran Paşaliç arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Trend xəbər verir ki, Memorandumun imzalanmasında əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.

Ombudsman Səbinə Əliyeva imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti