Bakı. Trend:
BRİKS Yeni İnkişaf Bankı (NDB) artıq Kolumbiya və Özbəkistanın təşkilata üzvlük müraciətlərini təsdiqləyib, Efiopiya və İndoneziyanın üzvlük məsələsinə baxılır.
Trend xəbər verir ki, bu barədə maliyyə qurumunun rəhbəri Dilma Russef Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı məlumat verib.
"Artıq iki ölkə – Özbəkistan və Kolumbiya bankın üzvü seçilib. Efiopiya və İndoneziyanın üzvlük müraciətləri isə hazırda nəzərdən keçirilir", – deyə Russef bildirib.
O, həmçinin Rusiya liderinə yenidən NDB rəhbəri seçilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.