...

Azərbaycanda hakimlərin sayı üç dəfə artırılmalıdır - Ali Məhkəmənin sədr müavini

Cəmiyyət Materials 18 İyun 2025 12:11 (UTC +04:00)
Azərbaycanda hakimlərin sayı üç dəfə artırılmalıdır - Ali Məhkəmənin sədr müavini
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ölkədə ədalət mühakiməsində səmərəliliyin təmin edilməsində hakimlərin fəaliyyəti mühümdür.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

Onun sözlərinə görə, hakimlərin sayı nə qədər çox olarsa, onların iş yükü bir o qədər azalır:

"Bu halda hakimlər tərəfindən qəbul edilən qərarların keyfiyyəti də artır. Təəssüflə qeyd etməliyik ki, hazırda Azərbaycanda cəmi 650 hakim fəaliyyət göstərir. Bu isə hər 10 min nəfərə cəmi 6.5 hakim düşməsi deməkdir. Avropa Şurasının statistik göstəricilərinə əsasən, hər 10 min nəfərə orta hesabla 17-18 hakim düşür. Deməli, Azərbaycanda hakimlərin sayını təxminən üç dəfə artırmalıyıq".

O əlavə edib ki, 2019-cu ildə hakim ştat vahidlərinin sayı 800-ə çatdırılıb:

"Lakin son 6 ildə yalnız 650 nəfərin hakim kimi fəaliyyətə başlamasına nail olmuşuq. Məhkəmə-Hüquq Şurası tərəfindən ötən il qəbul edilmiş qaydalar nəticəsində hakimlərin seçilməsi prosesində mərhələlərin sayı əhəmiyyətli dərəcədə azaldılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti