...

Sosial şəbəkələrdə uyğunsuz görüntüləri yayılan müəllim işdən çıxarıldı

Cəmiyyət Materials 21 Yanvar 2026 20:22 (UTC +04:00)
Sosial şəbəkələrdə uyğunsuz görüntüləri yayılan müəllim işdən çıxarıldı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb.

Trend xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

"Aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib", - qurumdan qeyd edilib.

Qeyd edək ki, Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Elnarə Əsgərovanın sosial mediada müəllim peşəsinə xələl gətirən söz və ifadələr işlətdiyi, hərəkətlər etdiyini əks etdirən videogörüntülər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti