...

Paytaxtda avtomobillə motosiklet toqquşdu - Ölən var

Hadisə Materials 22 Yanvar 2026 09:35 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda avtomobillə motosiklet toqquşub.

Trend-in məlumatına görə, hadisə ötən gün saat 22 radələrində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Şəfizadə Tural Cəmşid oğlu idarə etdiyi “Renault Megane” markalı avtomobil ilə hərəkətdə olan zaman Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətində hərəkətdə olan 2007-ci il təvəllüdlü Səfərli Ramal Elnur oğlunun idarə etdiyi “İhondza FX32” markalı motosiklet ilə toqquşub.

Hadisə nəticəsində motosiklet sürücüsü həyatını itirib.

Faktla bağlı 21.01.2026-cı il tarixdə Nərimanov RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti