...

Şuşa, Xankəndi və Xocavənddə köməksiz qalan vətəndaşlar xilas edildi (VİDEO)

Cəmiyyət Materials 22 Yanvar 2026 10:54 (UTC +04:00)
Şuşa, Xankəndi və Xocavənddə köməksiz qalan vətəndaşlar xilas edildi (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən 2 ədəd “Mercedes" markalı avtomobil və 1 ədəd motosikletin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti