...

Azərbaycan UEFA reytinqində irəlilədi

İdman Materials 22 Yanvar 2026 09:20 (UTC +04:00)
Azərbaycan UEFA reytinqində irəlilədi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.

Trend reytinq cədvəlinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Bakıda "Ayntraxt"ı məğlub edib. Qurban Qurbanovun komandası ölkəmizə 0,500 əmsal qazandırıb.

Nəticədə Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişib. Azərbaycan 22.750 əmsalla 27-ci yerə yüksəlib.

Sloveniya 22,843 əmsalla 26-cı, Slovakiya isə 22,375 əmsalla 28-ci pillədədir.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (104.769) liderlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti