Bakı. Trend:
“Qarabağ”ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Ayntraxt”a (Almaniya) 3:2 hesabı ilə qalib gəldikləri görüşdə “matçın oyunçusu” seçilib.
Trend-in məlumatına görə, o, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşmada dubl edib.
Futbolçu 4-cü və 80-ci dəqiqələrdə adını tabloya yazdırıb.
Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.
Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.
