...

ABŞ ordusu Arktikadakı əməliyyatlara hazır deyil - KİV

Dünya xəbərləri Materials 22 Yanvar 2026 07:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hərbi qulluqçuları NATO üzv olan Şimali Avropa ölkələrinə nisbətən sərt soyuq şəraitdə əməliyyatlara daha az hazır olduqları üçün Arktikada təhlükəsizliyi müstəqil şəkildə təmin edə bilmirlər.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "The Times" qəzeti mənbəyə istinadən bildirib.

Məlumata əsasən, 2025-ci ilin mart ayında Norveçin şimalında keçirilən NATO-nun Joint Viking təlimləri zamanı ABŞ nümayəndələri nəzərəçarpacaq çətinliklərlə üzləşdilər.

Nəşrin məlumatına görə, manevrlərin təşkilatçıları müharibə oyunları zamanı düşmən rolunu oynayan Finlandiya ehtiyatda olan əsgərlərindən amerikalılara təslim olmalarını istəyiblər.

Mənbə həmçinin qeyd edib ki, ABŞ buzqıran gəmilərin tikintisi üçün Finlandiyadan asılıdır. "Avropalıların lazımi təcrübəsi var. Əgər [ABŞ prezidenti Donald] Tramp regionu qorumaq istəyirsə, Arktika müttəfiqlərini qıcıqlandırmaqla səhv yol tutur", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti