Bakı. Trend:
Anderlext" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Belçika klubu "Trabzonspor"dan Danilo Sikanı transfer edib. "Anderlext" Sikan üçün Türkiyə klubuna 4 milyon avro təzminat ödəyib. 24 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Trabzonspor" Danilo Sikanı 2025-ci ilin yanvarında "Şaxtyor"dan 6 milyon avroya transfer etmişdi.