Bakı.Trend:
İşçinin əmək müqaviləsinin bitməsinə vaxtından bir həftə öncə münasibət bildirilməlidir.
Trend xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən deyib.
“Müqaviləyə münasibət bildirilərsə xitam verilə bilər. Əks halda qanunauğun şəkildə proses davam etdirilir”.
Xidmət rəisi həmçinin bildirib ki, işəgötürən əməkhaqqını hissələrə bölüb verə bilər.
“Bu, işəgötürənlə işçi arasında olan razılaşma əsasında olur”.
