...

Hədəfimiz əmək münasibətlərinə nəzarətin rəqəmsallaşdırılmasıdır - Vəli Quliyev

Cəmiyyət Materials 22 Yanvar 2026 12:06 (UTC +04:00)
Hədəfimiz əmək münasibətlərinə nəzarətin rəqəmsallaşdırılmasıdır - Vəli Quliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Mühüm hədəf əmək münasibətlərinin tənzimlənməsi və bu sahəyə nəzarətin mərhələli şəkildə rəqəmsallaşdırılmasıdır.

Trend xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.

O bildirib ki, bu çərçivədə kadr kargüzarlığının tam elektronlaşdırılması, risk əsaslı və preventiv nəzarət modellərinin tətbiqi, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron mexanizmlərin formalaşdırılması nəzərdə tutulur.

“Eyni zamanda vətəndaşların və işəgötürənlərin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqələrinin daha da genişləndirilməsi və əlçatanlığın təmin edilməsi prioritet olaraq müəyyən edilib.

Bununla yanaşı, əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, işəgötürənlərə metodiki dəstəyin gücləndirilməsi, maarifləndirmə və beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti