...

İsrail Livanın cənubunda Hizbullahın əsas silah qaçaqmalçısını zərərsizləşdirib

Dünya xəbərləri Materials 22 Yanvar 2026 04:45 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu Livanın cənubundakı Səidə şəhərində "Hizbullah" təşkilatının əsas silah qaçaqmalçısını öldürüb.

Trned-in məlumatına görə, bu barədə ordunun mətbuat xidməti bildirib.

"İsrail ordusu Səidə bölgəsində Hizbullahın əsas silah qaçaqmalçısı Məhəmməd Əvaşanı zərərsizləşdirib", - deyə bildirilib.

Məlumata əsasən, məhv edilən şəxs ""Hizbullah" terror təşkilatı üçün, o cümlədən İraq, Suriya və Fars körfəzi dövlətləri də daxil olmaqla müxtəlif ölkələrdən mal sifariş edən və çatdıran bir saxta şirkəti vasitəsilə silah daşınmasını idarə edirdi".

Bundan əlavə, İsrail ordusunun məlumatına görə, Əvaşa "İraqdan Suriya və Livana silah daşımaqdan məsul olan bir qrup qaçaqmalçının fəaliyyətini əlaqələndirirdi".

Xəbər lenti

Xəbər lenti