...

Fələstin prezidenti Mahmud Abbas Moskvaya səfər etdi

Dünya xəbərləri Materials 22 Yanvar 2026 02:01 (UTC +04:00)

Bakı. Trend:

Fələstin prezidenti Mahmud Abbas çərşənbə günü Rusiya paytaxtı Moskvaya səfər edib.

Trend-in məlumatına görə, bu barədə "VAFA" agentliyi xəbər verib.

Məlumata əsasən, səfər iki gün davam edəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya prezidenti Vladimir Putin yanvarın 22-də Moskvada M.Abbası qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti