Bakı. Trend:
2025-ci ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 2,565 milyard ABŞ dolları dəyərində 2,681 milyon ton yük daşınıb.
Bu haqda Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 83 milyon ABŞ dolları və ya 3,1%, həcm ifadəsində isə 128 min ton və ya 4,6% azdır,
Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 171,5 milyon ABŞ dolları dəyərində 261,5 min ton yük ixrac olunub, ki bu, öncəki illə müqayisədə dəyər ifadəsində 74,3 milyon ABŞ dolları və ya 76,4%, həcm ifadəsində isə 166 min ton və ya 2,7 dəfə çoxdur.
2025-ci ildə Azərbaycana dəniz nəqliyyatı ilə 2,393 milyard ABŞ dolları dəyərində 2,419 milyon ton yük idxal olunub ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 157 milyon ABŞ dolları və ya 6,2%, həcm ifadəsində isə 293 min ton və ya 10,8% azdır.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda yük nəqliyyat vasitələri ilə 49,423 milyard ABŞ dolları dəyərində ümumilikdə 58,338 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,811 milyard ABŞ dolları və ya 3,8% çox, həcm baxımından isə 1,369 milyon ton və ya 2,3% azdır.
Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri ilə ümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton yük ixrac olunub. Bu, dəyər baxımından əvvəlki illə müqayisədə 42 milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyon ton və ya 5,7% azdır.
