Bakı. Trend:
Milli Məclisdə vərəmlə mübarizə mövzusunda müzakirələr keçiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.
Belə ki, yaz sessiyasında komitədə “Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusuna dair ictimai dinləmənin keçirilməsi planlaşdırılır.
