...

Azərbaycan Gürcüstandan elektrik enerjisi alışını artırıb

Energetika Materials 22 Yanvar 2026 13:02 (UTC +04:00)
Azərbaycan Gürcüstandan elektrik enerjisi alışını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana təqribən 493,980 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 28,501 milyon ABŞ dolları olub.

Gürcüstana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 643,9 milyon kVt/saat və ya 2,3 dəfə, dəyər ifadəsi ilə 29,805 milyon ABŞ dolları, yaxud 2 dəfə azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Gürcüstandan Azərbaycana 3,252 milyon ABŞ dolları dəyərində, 50,034 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 442 min ABŞ dolları və ya 15,7%, həcm ifadəsində isə 6,8 milyon kVt/saat və ya 15,7% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti