...

İngilis və ispan klubları qələbə qazanıb - UEFA Çempionlar Liqası

İdman Materials 22 Yanvar 2026 03:08 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın "Bavariya" klubu ilə Belçikanın “Yunion” klubu arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb.

Trend-in məlumatına görə, komandalar Almaniyanın Münhen şəhərindəki “Arena München” stadionunda qarşılaşıb.

Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

“Bavariya”nın hücumçusu Harri Keyn 52-ci dəqiqədə hesabı açıb. Keyn 55-ci dəqiqədə penaltidən ikinci qolunu vurub.

Turun digər oyununda “Liverpul” Fransada “Marsel”in qonağı olub. Qonaqlar matçda 3:0 hesabı ilə qalib ayrılıblar.

“Nyukasl Yunayted” doğma meydançada PSV-ni sınağa çəkib. Oyun meydan sahiblərinin böyükhesablı qalibiyyəti ilə yekunlaşıb – 3:0.

Çexiyada keçirilən “Slaviya” – “Barselona” matçı məhsuldar olub. Qonaqlar 4:2 hesabı ilə qələbə qazanıblar.

“Yuventus” Turində “Benfika”nı qəbul edib. İtaliyalılar matçdan 2:0 hesabı ilə qalib ayrılıblar.

55-ci dəqiqədə “Yuventus”un yarımmüdafiəçisi Kefren Türam-Yulyen komandasını hesabda irəli çıxarıb. 64-cü dəqiqədə Veston Makkenni Turin təmsilçisinin üstünlüyünü ikiqat artırıb.

İngiltərədə “Çelsi” və Kiprin “Pafos” klubu üz-üzə gəlib. Matç İngiltərə klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Oyunun yeganə qolunu 78-ci dəqiqədə Moyses Kaysedo vurub.

“Atalanta” öz meydançasında “Atletik Bilbao” ilə qarşılaşıb. Oyun İspaniya təmsilçisinin qələbəsi ilə qurtarıb – 3:2.

Xəbər lenti

Xəbər lenti