...

Moskvada Moldova xüsusi xidmət orqanlarının agenti həbs olunub

Dünya xəbərləri Materials 22 Yanvar 2026 11:27 (UTC +04:00)
Moskvada Moldova xüsusi xidmət orqanlarının agenti həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Federal Təhlükəsizlik Xİdmətinin (FTX) əməkdaşları tərəfindən Moskvada Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaq məqsədilə tapşırıq yerinə yetirmək üçün gəlmiş Moldova xüsusi xidmət orqanlarının agentinin saxlanıldığı bildirilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimai Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.

“Müəyyən edilib ki, 2025-ci ilin dekabr ayında Rusiya vətəndaşı Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidmətinin Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş tapşırığını yerinə yetirmək məqsədilə Moskvaya gəlib və hazırlıq mərhələsində olarkən Rusiya FTX əməkdaşları tərəfindən saxlanılıb”, – deyə məlumatda qeyd olunur.

Şübhəlidən götürülən rabitə vasitələrində Moldova xüsusi xidmət orqanının əməkdaşı ilə yazışmalar aşkar edildiyi iddia olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti