...

"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv edilir

İqtisadiyyat Materials 22 Yanvar 2026 09:08 (UTC +04:00)
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv edilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Karabakh Joint Operating Company B.V." şirkətinin Azərbaycan Respublikasındakı Filialı ləğv olunur.

Trend xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, Marine Plaza mərtəbə 16 ünvanına bildirə bilərlər.

Sözügedən şirkətin filialı 2020-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Filialının rəsmi nümayəndəsi Babaxan Emin Cəmaləddin oğludur.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin "Equinor" şirkəti 31 may 2018-ci ildə Bakıda "Qarabağ" yatağının işlənməsi üzrə Risk Service Contract (Risk-Xidmət Müqaviləsi) imzalayıblar. Layihənin icrası üçün SOCAR və "Equinor" bərabər paylarla (50%–50%) əməliyyat şirkəti ("Karabakh Joint Operating Company B.V") yaradıblar.

2023-cü ildə “Equinor” şirkəti Azərbaycan bazarını tərk etmək barədə qərar qəbul edib. 2023-cü ilin sonunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə Norvecin “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb. Bundan sonra bərabər payla yaradılmış şirkətin ləğv olunması gündəmə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti