...

Ötən il 6 897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib - DƏMX

Cəmiyyət Materials 22 Yanvar 2026 12:05 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il üzrə fəaliyyətimizə nəzər salsaq il ərzində vətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərin araşdırılması nəticəsində Xidmət tərəfindən 6 897 halda əmək qanunvericiliyinin pozulması halları aşkar edilib və inzibati tənbeh tədbirləri görülüb.

Trend xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən deyib.

Xidmət rəisi bildirib ki, görülmüş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş 842 minmanata yaxın vəsaitin ödənilməsi təmin edilib.

“Belə ki, həmin ödənişlərdən 93,66 %-i (788 934,49 AZN) əməkhaqqı, 1,67 %-i (14 050 AZN) zərərə görə ödənc, 4,67 %-i (39 360,46 AZN) sosial müavinət və kompensasiyadan ibarət olub. Bundan əlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti