Yevlax. Trend:
22.01.2026-cı il tarixində saat 06:10 radələrində 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.
Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir.
10:23
xxx
Yevlax şəhərində dəm qazından zəhərlənmə nəticəsində bir nəfər ölüb, dörd nəfər isə xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, hadisə nəticəsində Yevlax şəhər sakini, 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov həyatını itirib.
Digər dörd nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
