Bakı. Trend:
NATO-nun baş katibi Mark Rutte Qrenlandiya ilə bağlı kompromis təklif etdi. Bu kompromis çərçivəsində Danimarka ABŞ-a adanın kiçik əraziləri üzərində hərbi bazaların tikintisi üçün suverenlik hüququ verəcək.
Trend-in məlumatına görə, bu barədə "The New York" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, NATO-nun hərbi rəsmiləri Qrenlandiya ilə bağlı kompromis müzakirə etdilər. Bu kompromis çərçivəsində Danimarka ABŞ-a Qrenlandiyanın kiçik əraziləri üzərində suverenlik hüququ verəcəkdi. Burada ABŞ hərbi bazalar tikə bilər. Onların fikrincə, belə bir kompromis ideyası NATO-nun baş katibinə məxsusdur.
Eyni zamanda, NATO-nun sözçüsü Allison Hart bildirib ki, Danimarka, Qrenlandiya və ABŞ "Rusiya və Çinin Qrenlandiyada nə iqtisadi, nə də hərbi cəhətdən heç vaxt möhkəmlənməməsini" təmin etmək üçün danışıqları davam etdirəcəklər.