...

“Qarabağ” "Ayntraxt"ı məğlub etdi - UEFA Çempionlar Liqası (YENİLƏNİB-6)

İdman Materials 21 Yanvar 2026 23:42 (UTC +04:00)
“Qarabağ” "Ayntraxt"ı məğlub etdi - UEFA Çempionlar Liqası (YENİLƏNİB-6)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda ikinci hissə başa çatıb.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyun "Qarabağ" klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub.

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edib.

xxx

23:28

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda ikinci hissə başlayıb.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyunda hər iki komanda fərqlənə bilib.

Oyunun 78-ci dəqiqəsində "Ayntraxt"ın futbolçusu Fares Şaibi penalti zərbəsini dəqiq yetirib. "Qarabağ"ın heyətində isə Kamillo Duran qol vurub (80-cı dəqiqə).

xxx

22:38

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda ilk hissə başa çatıb.

Trend xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edir.

xxx

22:05

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda ikinci qol vurulub.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 11-ci dəqiqəsində rəqibin heyətində Can Uzun hesabı bərabərləşdirib.

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edir.

xxx

21:56

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda hesab açılıb.

Trend xəbər verir ki, matçın 4-cü dəqiqəsində Kamilo Duran fərqlənib.

xxx

21:49

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasında keçiriləcək VII tur oyunu başlayıb.

Trend-in məlumatına görə, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti