...

Ford 119 mindən çox avtomobilini geri çağırır

Dünya xəbərləri Materials 21 Yanvar 2026 20:02 (UTC +04:00)
Ford 119 mindən çox avtomobilini geri çağırır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Ford” şirkəti 119 075 avtomobil geri çağırılır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Məlumata görə, səbəb mühərrik blokunun qızdırıcısının çatlayaraq soyuducu maye sızdırma ehtimalıdır ki, bu da qısa qapanmaya və qızdırıcı qoşulduqda yanğın riskinin artmasına səbəb ola bilər.

Geri çağırış siyahısına müəyyən "Ford Focus", "Escape", "Explorer" və "Lincoln MKC" modelləri daxildir.

Sahiblərə NHTSA tərəfindən tövsiyə olunur ki, avtomobillər təmir olunana qədər blok qızdırıcılarını qoşmasınlar. Avtomobil satıcıları isə blok qızdırıcılarını pulsuz əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti