...

Almaniya rekord templərlə silahlanır – NATO baş katibi

Dünya xəbərləri Materials 22 Yanvar 2026 12:57 (UTC +04:00)
Almaniya rekord templərlə silahlanır – NATO baş katibi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya rekord templərlə silahlanır: 2021-ci ildə dövlət silahlanmaya 70 milyard avro xərclədiyi halda, 2029-cu ilə qədər bu rəqəm az qala 2,5 dəfə artacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında bildirib.

“Avropanın ələlxüsus da Almaniyanın silahlanmasına gəlincə, Almaniya 2021-ci ildə öz illik büdcəsindən müdafiəyə 70 milyard avro xərcləyib, lakin 2029-cu ilə qədər bu göstərici 160 milyard avroya qədər artacaq”, -deyə o bildirib.

Rüttenin sözlərinə görə, Almaniya rekord templərlə yeni hərbi zavodlar inşa edir. O, xüsusilə 155 millimetr çaplı artileriya mərmilərinin istehsalını vurğulayıb.

“Almaniya öz silahlı qüvvələrində şəxsi heyət sayını kütləvi şəkildə artırmaq niyyətindədir. Amma Almaniya ilə yanaşı başqa Avropa ölkələrində də belədir”,-deyə Rütte əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti