...

Avropa Parlamenti sərnişinlərin kompensasiya hüququnun azaldılmasına qarşı çıxdı

Dünya xəbərləri Materials 21 Yanvar 2026 21:00 (UTC +04:00)
Avropa Parlamenti sərnişinlərin kompensasiya hüququnun azaldılmasına qarşı çıxdı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti Aİ-də hava nəqliyyatı sərnişinlərinin hüquqlarının zəiflədilməsinə qarşı çıxaraq mövcud qaydaların qorunmasını dəstəkləyib.

Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, parlament üzvləri 652 lehinə səslə Aİ üzv dövlətlərinin bu sahədə təklif etdiyi dəyişikliklərə etiraz ediblər.

Qəbul olunan mövqeyə əsasən, uçuşlar üç saatdan çox gecikdikdə, ləğv edildikdə və ya sərnişin təyyarəyə buraxılmadıqda kompensasiya hüququ saxlanılır. Parlament həmçinin kompensasiya məbləğinin uçuş məsafəsindən asılı olaraq 300–600 avro arasında qalmasını təklif edir.

Sərnişinlərin hüquqlarının gücləndirilməsi məqsədilə aviaşirkətlərə kompensasiya və geri ödəmə üçün əvvəlcədən doldurulmuş formaların 48 saat ərzində təqdim edilməsi tələbi irəli sürülüb. Sərnişinlərə iddia təqdim etmək üçün bir il vaxt veriləcək.

Yeni mövqeyə görə, sərnişinlər əlavə ödəniş etmədən bir şəxsi əşya və çəkisi 7 kiloqrama qədər olan kiçik əl yükü götürə biləcəklər. Uşaqları və hərəkət məhdudiyyəti olan şəxsləri müşayiət edənlər də əlavə ödəniş etmədən onların yanında oturmaq hüququ əldə edəcəklər.

Avropa Parlamenti həmçinin həssas qrupların – əlilliyi olan şəxslərin, hamilə qadınların və uşaqlı sərnişinlərin – uçuş zamanı daha yaxşı qorunmasını tələb edir.
Parlamentin mövqeyi indi Aİ Şurasına təqdim olunacaq. Əgər tərəflər razılığa gələ bilməsə, qanun layihəsi üzrə danışıqlar barışıq komitəsində davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti